Dünya

BMT Ermənistandan narahatdır

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI ERMƏNİSTANDA İNSAN HAQLARININ POZULMASINDAN NARAHATDIR

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi Ermənistanda dinc toplaşmaq azadlığının əsassız məhdudlaşdırılmasından, polisin dinc etirazlara müdaxiləsindən, habelə etirazçıların qanunsuz saxlanılmasından narahatlığını bildirib.

“Anadolu” ajansı məlumatına görə, uluslararası təşkilatın bununla bağlı açıqlamasını Birləşmiş Millətlər Təşkilatının mətbuat xidməti yayıb.

açıqlamanın müəllifləri Ermənistan etirazlarında polis əməkdaşlarının sayını azaltmaq və həddindən artıq güc tətbiqi, əsassız saxlanılmalar və həbslərlə bağlı bütün iddiaları araşdırmağı tapşırıq ediblər.

Komitə üzvləri Ermənistanı Birləşmiş Millətlər Təşkilatının  daxili qanunvericiliyinin hüquq-mühafizə orqanları əməkdaşlarının güc və odlu silahdan istifadəsinə dair əsas prinsiplərinə və hüquq-mühafizə orqanlarında daha öldürücü səviyyəsi aşağı olan silahlardan istifadəyə dair insan hüquqlarına hörmətlə bağlı təlimatlara tam uyğun olmasını təmin etməyə çağırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button