Dünya

AMERİKA YENİ TƏHRİMLƏRİ NƏZƏRDƏN KEÇİRİR

“The Wall Street Journal” Amerika məqamlarına istinadla çərşənbə günü Amerikanın İranın Venezuelaya neft və yanacaq sadiratını dayandırması üçün yeni təhrimlər və qanuni tədbirləri nəzərdən keçirdiyini bildirib.
Amerikanın ehtimal olunan yeni təhrimləri, İranın beş yanacaq tankerinin Nikolas Maduro rejiminə kömək üçün Venezuelaya hərəkət etdiyi bir vaxtda mətrəh olunur.
İran gəmilərinin Venezuelaya yaxınlaşması ilə İranla Amerika arasında gərginliyin artması ehtimalının artdığı bir vaxtda, Venezuelanın difa vəziri ölkəsinin ordusunun İran gəmilərini qarşılayacağını açıqlayıb.
Venezuelanın difa vəziri Vladimir Padrino ölkəsinin ordusunun Venezuelaya yanacaq göndərən İran neft tankerlərini ölkənin ticarət bölgəsindən başlayaraq həmrahlıq edəcəyini deyib. Padrino, habelə “İran xalqına himayətinə və həmkarlığına” görə təşəkkür edib.
Xatırladaq ki, həm İran, həm də Venezuela Amerikanın təhrimləri altındadırlar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close