Dünya

Amerikada hakimiyyət dəyişikliyinə başlanılır

Amerikanın yeni seçilmiş prezidenti Co Bayden gələcək kabinəsinin başlıca üzvlərini tanıtdırıb. Belə ki, o, milli təhlükəsizlik və xarici siyasət timinin gələcək kabinəsinin başlıca üzvlərinin adlarını açıqlayıb. Məsələ ilə bağlı Bayden tvitter səhifəsində paylaşım edib. Məlumata görə, Federal Rezervin idarə heyətinin keçmiş başçısı Janet Yelen xəzanədari vəziri postuna təyin olunacaq. Qeyd edək ki, Janet Yelen Amerikanın xəzanədari vəziri təyin edilmiş ilk qadındır və onun seçilməsi ilə “Wall street” bazarında 500 ən yüksək səhmlərin şaxisi yüzdə 6.0 yüksəlib. “Bloomberg”in açıqlamasında bildirilib ki, Janet Yelen Amerikada koronavirusun yayılmasının mali nəticələrini önləmək üçün işlərə fövqəladə mali himayətin lazım olduğunu açıqlayıb.
Amerikanın ittilaat qurumlarına nəzarət isə Avril Haynsa həvalə olunacaq. 51 yaşlı Hayns bu vəzifəyə təyin edilmiş ilk qadındır. O, Amerikanın keçmiş prezidenti Barak Obamanın hakimiyyəti illərində milli əmniyyət vəkili və CIC qurumunun rəis müavini kimi fəaliyyət göstərib.
Co Bayden Tomas Qrinfildi isə Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri vəzifəsinə təyin edib. Tomas Qrinfild daha öncə ölkənin xarici işlər vəzirinin Afrika işləri üzrə müavini olub.
Amerikanın keçmiş xarici işlər vəziri Con Keri də iqlim dəyişiklikləri üzrə prezidentin özəl nümayəndəsi vəzifəsində çalışıb.
Bundan başqa, Aleksandro Mayorkas Vətənin Əmniyyət Sazimanının rəisi vəzifəsinə təyin edilib. Mayorkas bu vəzifəyə seçilmiş ilk Latın Amerikası kökənli şəxs və mühacirdir. O, 1960-cı illərdə siyasi qaçqın kimi ailəsi ilə birlikdə Kubadan Amerikaya köçüb.
Co Bayden Barak Obamanın prezidentlik dövründə Amerikanın Xarici İşlər Vizarətinin ikinci şəxsi və Milli Əmniyyət müşaviri olan Toni Bilinkeni Amerikanın xarici işlər vəziri təyin edib. Amerikanın yeni seçilmiş prezidentinin təyinatına əsasən, Cek Salivan milli əmniyyət müşaviri vəzifəsini icra edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button