Dünya

AMERİKADA KEÇİRİLƏN ETİRAZLARDA ÖLƏN VƏ YARALANANLAR OLDU

Amerikanın İndianapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsi səbəbi ilə keçirilən etirazlar zamanı baş verən iğtişaşlarda atəş açılması nəticəsində bir nəfər ölüb, azı iki nəfər yaralanıb.
Bu barədə yerli “Indy Star” qəzeti məlumat yayıb.
İndianapolis polisinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırır, üstəlik, onlar polisin atəş açmadığından əmindir. Şəhər polisi hələlik zərərçəkənlərin və ölənin kimliyi barədə məlumat verməyib.
Polisin məlumatına görə, iğtişaşlar zamanı etirazçılar polis əməkdaşlarına hücum edib, inzibati binaların pəncərələrinin şüşələrini sındırıb, ardından atəş açıblar.
Xatırladaq ki, Corc Floydun ölümü ilə nəticələnən saxlanma anının videogörüntülərinin yayılması Mineapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə onun boynunu sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd mərizxanaya yerləşdirilsə də orda ölüb. İğtişaşlar başladıqdan sonra dörd polis əməkdaşı işdən çıxarılıb, onlardan biri isə ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilib.

Related Articles

Bir cavab yazın

Back to top button