İran

İranda ölüm hallarının əsas səbəbləri

“İranlıların yüzdə 30-u ruhi-rəvani mərizlikdən əziyyət çəkir”. Bunu İran Sağlıq vəzirinin müavini Doktor Rza Məlikzadə deyib. Onun sözlərinə görə, hər kəs bu böyük problemləri həll etmək üçün çalışmalıdır. Rza Məlikzadə bildirib ki,
baş verən ölüm və əlillik hallarının yüzdə 50-si ürək və beyininin qan danması ilə bağlıdır. “Qan fişarı və qanda yağlılığın miqdarını kontrolda tutmaqla, həyat tərzini dəyişərək və sağlam bir həyat sürməklə bu ölümlərin yüzdə 80-dən çoxunun qarşısını almaq olar”, – deyə Rza Məliki vurğulayıb. Vəzirlik məsulu bu ilin əvvəlindən yol hadisələri nəticəsində 17 mindən çox insanın öldüyünü, 200 mindən çox insanın yaralandığını və 100 minə yaxın insanın əlil olduğunu açıqlayıb. O, insanları bu problemlərin əsaslı həllinə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button