Dünya

Nensi Pelosi: “Amerika və İsrail İranın atom təhdidi ilə mübarizədə həmfikirdirlər”

"Amerika və İsrail İran terroru və atom təhdidi ilə mübarizədə müttəfiqdirlər."

“Amerika və İsrail İran terroru və atom təhdidi ilə mübarizədə müttəfiqdirlər.”

“Aznews tv” xəbər verir ki, bu sözləri İsraildə səfərdə olan Amerikanın Nümayəndələr Palatasının rəisi Nensi Pelosi Knessetdə etdiyi çıxışda deyib.

O əlavə edib ki, İranın nüvə təhdidi qlobal təhdiddir və onun İsraillə coğrafi yaxınlığı ciddi nigaranlıq doğurmaqla yanaşı, hamının İsrailin əmniyətini təmin etməkdə məsuliyyətini nümayiş etdirir.

Knessetin rəisi Miki Levi isə xanım Pelosiyə bildirib ki, İran dünyanın hər yerində dağıntı törətmək məqsədini güdən terrorçu dövlətdir. O qeyd edib ki, biz birlikdə İrana atom potensialını inkişaf etdirməyə icazə verilməməli olduğu barədə hər kəsə mesaj göndəririk.

Nensi Pelosi İsrail prezidenti, baş və müdafiə nazirləri, eləcə də müxalifətinin liderləri ilə keçirdiyi görüşlərdə də İran təhdidi ətrafında fikir mübadiləsi aparıb.

Related Articles

Bir cavab yazın

Back to top button