Dünya

Amerikadakı etirazlar kəskin şəkil almaqdadır

Amerikanın Sietl şəhərində keçirilən etirazlarda 21 polis yaralanıb, 45 etirazçı saxlanılıb.
Bu barədə yerli polis “Twitter” səhifəsində məlumat verilib.
Qeyd olunur ki, 20 polis əməkdaşı artıq işə qayıdıb. Digər 1 nəfər isə dizindən xəsarət aldığından hələ də mərizxanadadır. Polisdən bildirilib ki, etirazçılar hüquq-difa orqanlarının əməkdaşlarına daş, kərpic atıblar və partlayıcı maddələrdən istifadə ediblər.
Həm Sietl, həm də Portlend şəhərinin polisi davam edən qarşıdurmaları üsyan kimi qələmə veriblər. Bu, ölkə prezidentinə nizamilərdən istifadə etmək imkanı yaradır. Nümayişçilər zabitlərə hücum etməkdən və onları qarət etməkdən belə çəkinmirlər.
Etirazçılar Sietldə tikilməkdə olan yetkinlik yaşına çatmayan cinayətkarlar üçün mərkəzdə yanğın törətməyə, ardından isə polis məntəqəsini partlatmağa çalışıb.

Related Articles

Bir cavab yazın

Back to top button