Dünya

Amerikadan İrana qarşı hərbi əməkdaşlığın gücləndirilməsi üçün qərar

Amerika prezidenti Donald Tramp İsrail və ərəb ölkələri arasında İrana qarşı nizami əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı tapşırıq verib.
Amerika məqamları bildiriblər ki, ölkə başçısı Amerikanın Yaxın Şərqdəki əsas nizami fərmandehliyinə İsrailin də daxil edilməsini əmr edib. Məlumata görə, Amerikanın difa quruluşu sonuncu dəfə nəzərdən keçirildikdən sonra tapşırıq verilib. Məsələ ilə ilgili “Wall Street Journal” nəşri də məlumat yayıb. Bildirilib ki, Trampın qərarına əsasən, Amerikanın Mərkəzi Fərmandehliyi İsrail və ərəb ölkələri ilə bağlı nizami siyasətə eyni zamanda nəzarət edəcək. Bu qərarın Amerikanın milli əmniyyət quruluşunu şəkilləndirmək üçün həyata keçirildiyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button