Dünya

Pompeo: “Koronavirus Çinin laboratoriyasında yaranıb”

Amerikanın Xarici İşlər Vəziri Mayk Pompeo koronavirusun Çinin dövlət laboratorlarında yarandığını iddia edib. Bu barədə vəzirin Amerika Dövlət Dəftərinin saytındakı bəyanatında bildirilib. Pompeonun sözlərinə görə, hələ 2019-cu ilin yayında Vuhanın Virusoloji İnstitutunun bir neçə əməkdaşı koronavirusa oxşar nəyə isə yoluxub. Vəzir bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la yüzdə 96 eynidir. Qeyd edək ki, dünyada 94 milyon nəfər koronavirusa yoluxub. Virusa yoluxmuş 67 milyon məriz sağalıb, 2 milyondan çox insan ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button