azDünya

AMERİKADAN VENESUELAYA ÇAĞIRIŞ

Amerikanın xarici işlər vəziri Mayk Pompeo, Amerikanın Venezuela Milli Məcməyini və müvəqqəti prezident Xuan Quaydonu himayət etmək təəhhüdünə vəfadar qaldığını vurğulayıb. O, Nikolas Maduro rejimini bu Məcməyin üzvlərinə qarşı düşmənçilik rəftarına son qoymağa çağırıb.
Amerikanın xarici işlər vəziri Maduro rejiminin Venezuela Milli Məcməyini məhv etmək səylərini kəskin pisləyib.
O, Venezuela Ali Məhkəməsinin həmin Məcmənin nümayəndələrinə həbs cəzası verməsi və təbid edilməsi barədə hökmünə işarə edərək, onların azad edilməsini istəyib.
Amerikanın Venezuelada hakimiyyətin dinc yolla ötürülməsini himayət etdiyini vurğulayan Pompeo, siyasi gərginliklərə qatılan bütün tərəfləri Venezuelada demokratik keçid yolunu dinc, sabit və çiçəklənən bir Venezuelaya nail olunmaq üçün əsas qayda hesab etməyə çağırıb.
Xatırladaq ki, çərşənbə axşamı Venezuela Ali Məhkəməsi, ölkənin Nümayəndələr Məcməyinə Xuan Quaydonun rəqibi olan Luis Prararnın rəisliyini təyid edib.

Related Articles

Bir cavab yazın

Back to top button