Dünya

Amerikalı konqresmenlər “Sepah”la bağlı layihə hazırlayıb

Bu barədə "The Washington Free Beacon" saytı məlumat yayıb.

Amerika konqresmenləri İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısından çıxarılmasının qarşısının alınması üçün layihə hazırlayıblar

“The Washington Free Beacon” saytı Amerika Konqresinin respublikaçı üzvlərinin hazırladığı qanun layihəsinə istinadən məlumat yayıb ki, sözügedən layihə Bayden hökumətinin İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısından çıxarılmasının qarşısının alınması məqsədi ilə tərtib edilib.

“Terrorizmi dəstəkləyənlər tərəfindən terroristlərlə bərabərliyin qarşısının alınması haqqında qanun” layihəsi İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısından çıxarılması ehtimalına qarşı Konqresin təsdiqi ilə şərtləndirir.

Sözügedən qanun layihəsi Amerika Nümayəndələr Palatasının iki respublikaçı üzvü Brayan Mast və Skot Perri tərəfindən martın 4-də irəli sürülüb.

Xatırladaq ki, Brayan Mast İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısından çıxarılması ilə bağlı “Twitter” paylaşımında Bayden hökumətinin belə bir addım atmasını axmaqlıq adlandıraraq yazıb ki, Co Bayden İranın nüvə anlaşmasını canlandırmaq üçün terrorçuların istədiyi hər şeyi onlara verir.

Related Articles

Bir cavab yazın

Back to top button