Dünya

Amerikanın Bağdadın şimalında yerləşən podratçı bazası 4 raketlə vurulub

İraqın dövlət xəbər ajansı dünən "Bələd" hərbi hava bazası ətrafındakı ərazilərə 4 raketin atıldığını, lakin heç bir itki və xəsarət vermədiyini bildirib.

“Aznews tv” xəbər verir ki, Bağdadın şimalındakı “Bələd” bazasında amerikalı podratçılar və İraq qırıcıları yerləşir.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib, lakin bəzi İraq rəsmilərinin İrana bağlı olduğunu bildirdiyi silahlı qruplaşmalar bundan öncə oxşar hücumlara görə məsuliyyəti öz üzərinə götürüblər.

Xatırladaq ki, martın 12-də gecə saatlarında Şimali İraqın Ərbil şəhərinə də 12 ballistik raket atılmışdı. Daha sonra isə Sepah təşkilatı bu hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Related Articles

Bir cavab yazın

Back to top button