Dünya

Amerikanın keçmiş müdafiə naziri: “Hər hansı bir amerikalının İran tərəfindən terroru müharibə aktıdır”

Amerikanın keçmiş müdafiə naziri Mark Esper İranla bağlı açıqlama verib. O, İran tərəfindən hər hansı bir amerikalıya terroru Amerikaya qarşı müharibə aktı kimi dəyərləndirib

Mark Esper Bayden administrasiyasından İrana qarşı mövqeyini sərtləşdirməyi istəyib.

CBS News-a müsahibəsində İranın təhdidləri və Amerika rəsmilərinə sui-qəsd planları barədə danışan Esper Pentaqonu tərk etdikdən sonra Amerika hökuməti tərəfindən gecə-gündüz qorunduğunu deyib.

Mark Esperin İran terroru ilə bağlı müsahibəsi Amerika Ədliyyə Departamentinin İran vətəndaşını 2021-ci ilin sonundan Amerika gizli xidmətinin himayəsində olan keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu öldürmək planında ittiham etməsindən bir gün sonraya, Salman Rüşdiyə qarşı hücum gününə təsadüf edir.

“Bir Amerika rəsmisini deyil, adi bir Amerika vətəndaşına qarşı terror İran tərəfindən müharibə elanı kimi qiymətləndirilməlidir”-deyə, keçmiş müdafiə naziri bildirib.

O, Bayden administrasiyasından Vaşinqtonun nüvə sazişini canlandırmaq səylərinə uyğun olaraq İrana qarşı daha sərt mövqe tutmasını istəyib.

Esper İranın Amerika rəsmilərindən və vətəndaşlarından qisas almaq təhdidlərini ciddi və real adlandıraraq, ona qarşı təhdidlərin İranın “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin qisasını almaq üçün edilə biləcəyi ehtimalının yüksək olduğunu qeyd edib.

Mark Esper və Con Boltondan başqa, keçmiş dövlət katibi Mayk Pompeo və keçmiş dövlət katibinin müavini Brayan Huk da İranın artan təhdidlərinə qarşı lazımi müdafiəni təmin edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button