Dünya

Amerikanın Nümayəndələr Məclisinin Cümhuriyyətçiləri İrana pulun köçürülməsinin qarşısını almağa layihə önəriblər

Cümhuriyyətçi nümayəndələrin Amerikanın Nümayəndələr Məclisində Araşdırma Komitəsi, Demokratların əməkdaşlığı ilə Amerikanın 2022-ci il savunma büdcəsi layihəsində yeni maddələr yerləşdirib. Maddələrə əsasən Bayden dövləti İran barədə cavabdeh olur və İrana pul köçürülməsinin qarşısı alınır.

həmin layihədəki maddələrə əsasən Bayden hər hansı bir təhrimi ləğv etməzdən Konqrəyə bu barədə hesabat verməlidir.

Konqrənin Cümhuriyyətçiləri, eləcə bu nizami büdcə layihəsi üzrə, misli görünməmiş bir iş görərək Bayden dövlətini, Amerika torpaqlarında İranın dağıdıcı fəaliyyətlərinin, o cümlədən olunan terrorist həmlələr,  adam oğurlama, sadirat qadağaları, təhrimlərin pozulması və pul-yuma barədə araşdırma hesabatı verməyə  məcbur ediblər.

Habelə layihəyə görə, Amerika dövləti, İranın İraqda himayə etdiyi yaraqlılar, Hizbullah və Həmas barədə Konqrəyə bilgilər verməlidir.  İranla Çinin nizami ilgiləri, o cümlədən İrana silah daşınması, nizami vəzifəlilərin səfər etmələri və İranın nizami qüvvələrinə Çinin başqa yardımları barədə bilgilər verilməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button