İran

“AMNESTY İNTERNATİONAL” ZİNDANİLƏRİN HƏYATINDAN NİGARANDIR

“Amnesty İnternational” İranda dörd məhkumun “gizli edam” oluna biləcəyindən nigaranlığını bildirib
Beynəlmiləl Əfv Təşkilatı İran hakimiyyətindən ölüm hökmünə məhkum edilən məhbusların durumuna aydınlıq gətirməyə istəyib.
Vurğulanıb ki, “Hakimiyyət orqanları dörd məhbusun ailəsinə məlumat verməkdən imtina edir. Bu isə həmin məhbusların işgəncələrə məruz qalması və ya gizli şəkildə edam edilməsi ilə bağlı nigaranlıqları artırıb”.

Hüseyin Silavi, Əli Xəsrəci və Naser Xəfaciyan fərvərdinin 12-də məhbusların İranın Əhvaz şəhərindəki Şeyban zindanında keçirdikləri etirazdan bir neçə saat öncə, Hidayət Abdullahpur isə ordibeheştin 20-də Urmu zindanından bəlli olmayan yerlərə aparılıblar.

Beynəlmiləl Əfv Təşkilatı yaydığı açıqlamada, İran məqamlarını “onların ailələrinə daha artıq əzab və iztirab verilməsini dərhal dayandırmağa” çağırıb.

Onlarla bağlı hər hansı bərnamənin dayandırılması və pərvəndələrinə yenidən baxılması” istənilib.

Təşkilatın bildirdiyinə görə, həmin dörd məhbus “son dərəcə ədalətsiz mühakimə və ciddi işgəncə iddialarına baxmayaraq” ölüm hökmünə məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button