Azərbaycan

Ana dili hərəkatı fəalı Əlirza Fərşi zindana qayıdıb

Ana dili hərəkatı fəalı Əlirza Fərşi sentyabrın 14-də elektron qandalı Tehranın Baharistan Prokurorluğuna təhvil verdikdən iki gün sonra "Böyük Tehran" zindanına gedib.

Onun nəzarət məntəqəsində 8 saat gözlədildikdən sonra şəxsi əşyaları və kitablarını özünə vermədən Evin zindanının karantin bölməsinə aparıldığı bildirilir.

Tibbi məzuniyyətdə olan Əlirza Fərşi sentyabrın 11-də Tehran Apellyasiya Məhkəməsinin 36-cı bölməsinə getdikdə ona elektron qandalı təhvil verib zindana qayıtmalı olduğunu bildirilib.

Fəala 4 il həbs və Xuzistan əyalətinin Bağməlik bölgəsinə 2 illik sürgün cəzasının icra ediləcəyini deyilib.

Onun gözünə edilən əməliyyatdan sonra həkimlərin müalicəni davam etdirməsi barədə rəyi məhkəmə nəzərə alınmayıb.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Bir neçə gün öncə ona açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 il edilib.

Related Articles

Bir cavab yazın

Back to top button