İran

Avstraliyalı tədqiqatçı Evin həbsxanasından köçürüldü

Avstraliyalı tədqiqatçı Kayli Mur Gilbert Evin Zindanından Qərçək Zindanına köçürülüb. Bu barədə İnsan haqları üzrə fəal və Nəsrin Sütudənin əri Rza Xəndan məlumat verib. Qeyd edək ki, Kayli Mur Gilbert Austaliyanın Melborn Danişqahının İslami Araşdırmalar üzrə müəllimidir. O, 1397-ci ilin payızında həbs olunub. Fəal İranın məhkəmə dəsqahı tərəfindən 10 il zindana məhkum edilib.
Məlumata görə, onun Australiya və Britaniya vətəndaşlığı var. “ Gilbert Vəramin şəhristanın Qərçək Zindanında telefon danışığı zamanı bildirib ki, vəziyyəti çox ağırdır. O, ümidsizliyə varıb, yeyimsəmir və solğunluğa tutulub”. Bu sözləri Rza Xəndan öz Facebook səhifəsində yazıb. Tədqiqatçı bildirib ki, sonuncu dəfə hardasa 1 ay qabaq ailəsi ilə təmasda olub. Qeyd edək ki, Mur Gilbertin saxlanıldığı Vəramin şəhristanın Qərçək Zinanında öldürmə, uyuşdurucu maddələr üzrə cinayət etmiş şəxslər saxlanılır. Gilbert 98-ci ilin Dey ayında Australiyanın vəzirinə namə yazıb . Beləliklə, dövlətindən istəyib ki, onun azad olunması üçün işlər görülsün. Xatırladaq ki, İranın xarici işlər vəziri Məhəmməd Cavad Zərif Kayli məsələsi barədə bir neçə ay qabaq açıqlama verib. Bildirilib ki, İranda olan zindanilər pul ödənilmə müqabinində azad ediləcəklər. O, bir iranlı-biritaniyalı şəxsin azad edilməsi barədə də fikir bildirib. “Biz İranın Britaniyaya olan 400 milyon pond bocunun silinməsi şərti ilə həmin zindanini azad etməyə hazırıq” deyə o, əlavə edib. Qeyd edək ki, Biritaniyanın xarici işlər vəziri Ceremi Hunt bunun bac almaq olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button