Dünya

Angela Merkel BMT-nin iclasında iştirak etməyəcək

Alman rəhbəri Angela Merkel və xarici işlər vəziri Hayko Maas Birləşmiş Millətlər Təşkilatı umumi məcməinin septamrda Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli həftəsində iştirak etməyəcəklər.
Bunu Almaniyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Kristof Hoyzen culayın 31-də keçirdiyi mətbuat konfransında bildirib.
O, bunu COVID-19 pandemisi ilə bağlı təlimata əməl etmələri ilə əsaslandırıb.
Xatırladaq ki, bir müddət öncə Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Kelli Kraft bildirmişdi ki, Tramp tədbirdə şəxsən çıxış edəcək təkcə dövlət başçısı olacaq. Başqa liderlərin çıxışları videomüraciət şəklində göstəriləcək. Bununla belə Nyu-Yorkdakı tədbirə arzu edən qatıla bilər.

Related Articles

Bir cavab yazın

Back to top button