DünyaSiyasət

Ankara – Vaşinqton: 5 günə 13 bənd

Ankarada keçirilən Türkiyə-ABŞ danışıqlarından sonra oktyabrın 18 Suriya ilə bağlı razılıq əldə edilib.

Aznews.tv xəbər verir ki, Türkiyə 5 günlük anti-terror əməliyyatını dayandırmağa razılaşıb.

Qeyd edək ki, iki ölkəsində əldə edilən razılıq 13 bənddən ibarətdir.

Anlaşmaya əsasən, PKK terror təşkilatının Suriya qanadı olan YPG tam olaraq ölkənin şimalındakı Türkiyə ilə sərhəd bölgələri tərk edəcək.

Tərəflər, həmçinin, yaradılacaq təhlükəsiz əraziyə daxil olan bölgələrdəki mülki sakinlərin təhlükəsizləyini təmin edəcəklər.

YPG-nin əlindən bütün ağır sursatlar müsadirə ediləcək və terrorçular tərəfindən yaradılan hərbi infrasturktur məhv ediləcək.

Artıq 700 terrorçunun ölümü ilə bitən “Barış bulağı” əməliyyatı 120 saatdan sonra bütün terrorçular bölgədən çıxdıqdan sonra dayandırılacaq.

Bundan əlavə, Vaşinqton Ankaraya qarşı tətbiq edilən bütün sanksiyaları qaldıracaq.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button