AzərbaycanDünya

Antoni̇ Bli̇nken Azərbaycan xalqını təbri̇k edi̇b

“Cümhuriyyət Günü münasibətilə Amerika hökuməti adından Azərbaycan millətini təbrik edirəm”. Bu barədə Amerika Xarici İşləri Baxanı Antoni Blinkenin 28 Mey – Cümhuriyyət Günü ilə bağlı bəyanatında bildirilib. Amerika məqamı 1918-ci il mey ayının 28-də müsəlman dünyasında ilk demokratik hökumətin qurulduğunu qeyd edib. Bildirib ki, Amerika iqtisadi, enerji, əmniyyət sahəsində 30 illik tərəfdaşlığı və Azərbaycanın insan hüquqlarına, qanununa hörmətin yaxşılaşdırılması yönündə davamlı danışıqları qiymətləndirir. “Güney Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfələri qəbul edirik. İnsan hüquqlarına, azadlıqlara, qanunun hakimiyyətinə, şəffaflığa, hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq, daha güclü və daha dərin ilgilər qurmaq üçün vacibdir”,-deyə bəyanatda diqqətə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button