Dünya

Antoni Blinken Cozef Borellə danışıqlar aparıb

Amerikanın Dış İşləri baxanı Antoni Blinken Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə Brüskeldə danışıqlar aparıb. Tərəflər Ukrayn və Əfqanıstandakı son durumu, habelə atom anlaşmasını müzakirə ediblər. Məsələ ilə bağlı Avropa Birliyinin xarici siyasət xidməti bilgi yayıb.
“Cozef Borel və Antoni Blinken Ukraynda hadisələrin son gəlişməsini müzakirə ediblər. Tərəflər Ukrayn sınırları yaxınlığında, eləcə də qanunsuz olaraq birləşmiş Krımda Rusiya nizami qüvvələrinin genişlənməsindən dərin narahatlıqlarını bildiriblər. Onlar Əfqanıstanda sabitliyin artırılması ilə bağlı işlərin davam etdirilməsi barədə razılığa gəliblər”, – deyə açıqlamada vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button