Dünyaİran

Antoni Blinken: İranla münasibətlərdə Misirlə birgə ciddi nigaranlığımız var

Amerika xarici işlər vəziri Antoni Blinken misirli həmkarı Sameh Şokri ilə noyabrın 8-də Vaşinqtonda keçirilən birgə mətbuat konfransında sözügedən hər iki dövlətin İranla bağlı ciddi narahatlıqlarının olduğunu qeyd edib.

Blinken bu haqda bildirib: “Bizim İranın bölgədə əmin-amanlığı pozması, o cümlədən terrorçuluğu dəstəkləməsi, ballistik raket proqramı və başda Amerika vətəndaşları olmaqla xarici vətəndaşları özbaşına həbs edərək bundan siyasi basqı aləti kimi istifadə etməsi ilə bağlı birgə ciddi nigaranlığımız var”.

“Atom silahı olan İran, bölgədə və onun hüdudlarından qıraqda daha çox sabitliyi pozan qüvvə olacaq. Məhz Amerika prezidenti Co Bayden Alman, Fransa və Britaniya dövlət başçıları ilə İranın atom anlaşması üzrə öhdəliklərinə qayıtması üçün nə kimi əməkdaşlıq edilə bilər, məsələlər ətrafında müzakirələr aparıb”, – deyə o vurğulayıb.

Blinken habelə Vaşinqtonun və atom anlaşmasının avropalı üzvlərinin İranın yenidən müzakirələrə qayıtmasında qərarlı olduqlarını, ancaq İranın bu məsələdə ciddi olub- olmamasının aydın olmadığını qeyd edib.

İran yetkililəri isə atom proqramının nizami mahiyyətli olmasını inkar edərək, bununla bağlı narahatlıqları “əsassız” adlandırırlar.

Related Articles

Bir cavab yazın

Back to top button