İran

İranda bir milyon şagird təhsildən qalıb

Qeyri-rəsmi bilgilər isə bu rəqəmin beş milyon olduğunu deyir

Təhsil vəziri postunu müvəqqəti icra edən məsul şəxsin koronavirusun yayılmasından sonra İranda 1 milyona yaxın mədrəsə şagirdlərinin təhsilini yarımçıq qoyması ilə bağlı xəbər verməsindən bir gün sonra “Cəhan-e Sənət” qəzeti əslində bu rəqəmin daha çox olduğu, hətta 5 milyonu keçəcəyi haqda məlumat dərc edib.

Təhsil vəziri vəzifəsini müvəqqəti icra edən Əlirza Ka:zemi Tehranda keçirilən konfransda 210 min şagirdin ibtidai təhsilini, 760 min şagirdin isə orta təhsilini yarımçıq qoyması və bunun ciddi bir təhlükə olması ilə bağlı uyarıb.

“Cəhan-e Sənət” qəzeti isə ölkədə təhsil məsələləri üzrə uzman İbrahim Səhərxizə istinadən yazıb: “İranda onlayn təhsil imkanları olmayan şagirdlərin sayı 3 milyon yarımdır. Ancaq ölkədə hüzuru təhsil sistemi başlayana qədər təhsilini yarımçıq qoyan şagirdlərin sayı 5 milyonu keçəcək”.

Səhərxiz, habelə vəzirlik tərəfindən qeyd olunan bu rəqəmin dəqiq olmadığını və vəzirliyin bu rəqəmləri haradan əldə etdiyni soruşaraq vurğulayıb: “Əgər bu meyar “Şad” şəbəkəsində şagirdlərin davamli göstəricisinə aiddirsə, bu rəqəmlər dəqiq deyil. Çünki bir çox valideynlər övladlarının yerinə “Şad” şəbəkəsinə qoşularaq övladlarını işləməyə göndərirlər”.

Xatırladaq ki, İranda şagirdlər koronavirusa görə 1398-ci ildən bəri təhsillərini  onlayn surətdə “Şad” şəbəkəsi vasitəsi ilə evlərindən dərslərə qoşularaq davam etdirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button