Dünyaİran

Antoni Blinken iranlı qadınların geyim növünü seçmək hüququnu dəstəkləyib

Amerikanın dövlət katibi Antoni Blinken sentyabrın 27-də verdiyi bəyanatda İranda qadınların örtünmə azadlığı tələbini dəstəkləyib.

“İranda qadınların istədiklərini geyinmək hüququ var. Onların zorakılıqdan azad olmaq hüququ var. Onların təqiblərdən azad olmaq hüququ var. Bu, İran üçün də keçərlidir”,- deyə, Blinken bildirib.

O, İran hökumətindən qadın hüququnun əsas azadlıqlarından birindən istifadə edən qadınlara qarşı zorakılığı dayandırmağı tələb edib.

Amerika dövlət katibi deyib ki, ölkəsi dinc etiraz etmək üçün universal hüquqdan istifadə edənlərin hamısının yanındadır.

Qeyd edək ki, verilən məlumatlara görə, hazırda İranın 90 şəhərində kütləvi etiraz aksiyaları davam edir və rejim narazılara qarşı şiddətli repressiyalar həyata keçirir.

Related Articles

Bir cavab yazın

Back to top button