Dünya

Antonio Quterreş BMT Baş Məclisinin 76-cı toplantısında İranda insan haqları məsələsi ilə bağlı rapor sunub

Birləşmiş Millətlər Təşkilatının baş dəbiri Antonio Quterreş Baş Məclisin 76-cı toplantısına təqdim etdiyi İranda insan haqları haqqında rapor dərc edilib.

Birləşmiş Millətlər Təşkilatının baş dəbiri Antonio Quterreş Baş Məclisin 76-cı toplantısına təqdim etdiyi İranda insan haqları haqqında rapor dərc edilib. Raporda, əsasən, İranda koronavirusun yayılmasına baxmayaraq, məhbuslara qarşı laqeydlik və zorakılıq vurğulanır. Sənəddə qeyd edilir ki, İranın məhkumların sayı baxımından həddən artıq sıx olan, yatmaq üçün yeri olmayan və ən təməl sağlıq imkanları təmin edilməyən zindanları məhbusların həyatını risk qarşısında qoyur. İran zindanlarında koronovirusdan bir neçə məhbusun öldüyü barədə məlumatlar var. Misal üçün, Zahidan zindanında Salem Zəng və Ərdəbil zindanında Kazım İbadinin ölümünü göstərmək olar. Quterreş raporda habelə bildirib ki, İran hökuməti siyasi məhbuslar, etirazçılar, vəkillər və insan haqları fəalları kimi məhkumları koronavirusun yayılmasına görə müvəqqəti azad etmək üçün nəzərdə tutulmuş plana şamil etmir.

Related Articles

Bir cavab yazın

Back to top button