Araşdırma & Təhlilİran

Pəncşir, Fars Milliyətçiliyinin ələ aldığı yeni bəhanə

Əfqanistan bütün dünyanın gözü önündə önəmli olaylara şahid oldu. irmi illik Cumhuriyyət rejimi bir türlü ayaqda qalmağı bacara bilmədi. Taliban bir daha ölkəyə hakim oldu. Talibanın sürətlə Əfqanistanda hakimiyyətini qurması və dövlətin heç dirənməsi qəribə qarşılandı. Ancaq Talibanın hərəkətə keçmədən öncə bütün qonşu və böyük ölkələrlə müzakərə edib gücü ələ keçirməsi siyasi hesabların olduğunu göstərdi. Talibana terorist deyən İran, yeni dönəmdə Talibanın dostu oldu. İstər siyasi, istərsə də meydanda Talibanın yanında yer aldı. Ancaq Əfqanistanda bəzi dirənişlər də baş qaldırmağa başladı. Örnək üçün Pəncşirdə milliyyətçi olaraq tanınan Əhməd Şah Məsud Talibana qarşı dirənəcəyini iddia etdi. Şah Məsudun ayləsinin 20 ildən çox İranda Tehran hakimiyyəti himayəsində yaşaması və ötən günlərdə İrandan Pəncşirə getməsi bu hesabların daha da qarışıq hala gəlməsinə səbəb oldu. İran bir tərəfdən Taliban üzvlərinə uzun illər ev sahibliyi etdi və dəstək verdi, bir tərəfdən də, Talibana qarşı dirənən Pəncşir hərəkatının başçılarının arxasında olduğu anlaşılır. Bütün bu hərəkətlər hər zaman hakimiyyətlə yan-yana duran Fars Milliyətçilərin duruşuyla daha da marağlı bir hal aldı. Əfqanistanda milyonlarla insan avarə olub, canı təhlükəylə qarşılaşınca Fars Milliyətçiləri səssiz qalmağı seçdilər. Örnək üçün Əfqanistanın bu zor günlərində Fars Milliyətçilər sınırların qaçqınlara qarşı açılmasına qarşı çıxıb, sözdə öz dildaşlarını yalqız buraxdılar. Sözə gəlincə Farsların birliyindən danışan Paniranistlər Əfqanistan fəlakətinə qarşı gözlərini bağladılar. Ancaq Pəncşir olaylarında 180 dərəcəlik bir dönüş yaşandı.
Milliyətçilik karakteriylə önə çıxan Əhməd Şah Məsud Fars Milliyətçiləri tərəfindən Kuruş kimi Fars mifləriylə qarşılaşdırılmağa başlandı. Fars mediası Pəncşirdəki hərəkatı böyük bir dirəniş kimi göstərməyə çalışıb və dünənə qədər Talibana qarşı səssiz qalanlar indi Əfqanistansevər oldular. Habelə Pəncşir ilə bağlı maraqlı bənzətmələr də başlandı.
Habelə başqa bir maraqlı olay da, İranşəhri aktivistlərin Əfqanistandanda yeni bir Türkiyəyə qarşı kampaniya başlatmalarıdır. Pəncşir dirənişini şişirdən İranşəhrilər Türkiyəni Talibanın dəstəkcisi olaraq göstərib hər zamankı kimi Fars Milliyətçilərinin Türk düşmənliyini təkrarlamaq istəyirlər. İllər boyu Talibanın ən üst rütbəli üzvlərinin İranda yaşadığı və Tehranın Talibana maddi və mənəvi olaraq dəstək verməsinin üstünü örtməyə çalışan İranşəhrilər, bütün dünya və bölgə ölkələrini bir tərəfə buraxıb Əfqanistanda yeni bir Türkiyə qarşı kampaniya başlatmağa çalışırlar.
Bu durumdan əlbəttə Güney Azərbaycanda öz təsirini alacaq və Milliyətçilərin Türkə qarşı apardığı kampaniyada hədəf alınacaqlar. keçdiyimiz günlərdə İranşəhrilər kimi radikal Fars Milliyətçiləri Pəncşiri Kobaniyə bənzətməyə başladılar. İlk baxışda bu bənzətmə ağıldan və məntiqdən uzaq görünsə də, Fars Milliyətçiləri Əfqanistan və Pəncşir olaylarında Türkiyə və Türkə qarşı ciddi bir propaqanda savaşı başlatmaq istəyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button