Uşaqlıqdan onun şeirlərini dinləyib ruhlanırdıq. Xüsusilə,
“Sağda Ramazan, solda mahe Məhərrəm, Şaban ilə Zilhiccə rəhmət nəyə lazımdır? Bir ölkədə ki, hər po… y rəhbər yiycəkmiş məclis nə üçün, heyət dövlət nəyə lazımdır?” misraları hələ də yaddaşımda dərin iz buraxıb və mənim ruhuma əbədi təsir edib.
Bəhmən Zəmani’nin təsirli əsərlərindən biri olan “Araz-Araz” şeiri, Səməd Behrəngi’nin müəmmalı ölümünə həsr olunub. Şeir, Araz çayının böldüyü diyarları, həsrətdə qalan könülləri və azadlıq arzusunu simvollaşdırır. Bu əsər, Səməd Behrəngi’nin ədalət uğrunda mübarizəsinə dərin ehtiramın ifadəsi olaraq, həm o dövrün, həm də bu günün insanlarına ilham verir.
Bəhmən Zəmani’nin əsərləri, nəğmələri və ideyaları bir tarixin və bir nəslin hekayəsini daşıyır. Onun şeirləri bizə yalnız ilham mənbəyi deyil, həm də ədalət uğrunda mübarizənin müqəddəsliyini öyrədir. Ustad Zəmani’nin yadigarı olan bu əsərlər heç vaxt unudulmayacaq və gələcək nəsillər üçün də ilham mənbəyi olacaq.
Ruhu şad, yadısı əbədi olsun.