![](https://www.aznews.tv/wp-content/uploads/2021/03/1595775631519_mz9S7aep-750x470.png)
Muğan bölgəsində Araz çayı boyunca meşə yanğınları meydana gəlib. Belə ki, dünəndən başlayan yanğın nəticəsində meşənin bir qismi tamamilə məhv olub.
Şahidlərin sözlərinə görə, yanğın təxminən axşam saat 6-da başlayıb. Güclü külək səbəbindən alov sürətlə yayılıb və geniş bir ərazini əhatə edib. Muğana yaxın ərazilərdə meydana gəlmiş yanğını söndürmək üçün bölgəyə yanğınsöndürmə qüvvələri cəlb olunub. 3 saatdan sonra yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.