Dünyaİran

Argentina terror əməliyyatlarında iştirak etdiyinə görə Möhsün Rzainin həbsini tələb edib

İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzai 1994-cü ildə “Amiya” kimi tanınan yəhudi yardım mərkəzinə hücumda iştirak etdiyi üçün Argentina və beynəlxalq polis tərəfindən axtarışa verilib.

İran prezidentinin iqtisadi məsələlər üzrə müavini Möhsün Rzainin 1994-cü ildə Buenos-Ayres Yəhudi Mərkəzinin partladılmasında oynadığı rola görə, Argentina Dohaya səfəri zamanı Qətər hökumətindən onun həbsini istəyib.

“İRNA” dövlət xəbər agentliyi bazar ertəsi, oktyabrın 17-də Rzainin Qətərə səfəri və bu ölkənin əmiri Şeyx Təmim bin Həmad Al Sani ilə görüşü barədə məlumat yayıb.

Argentina dövlət xəbər agentliyi ölkənin xüsusi prokurorlarının Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda İnterpolun iranlı məmur və eləcə də onun Qətərə səfərinə dair xəbərdarlığına istinad edərək Möhsün Rzainin həbsi üçün bütün lazımi diplomatik rıçaqlardan istifadə edilməsini tələb edib.

Xatırladaq ki, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında İrana bağlı terrorçular Yəhudilərin Yardımlaşma Mərkəzi binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasına səbəb olublar.

Hal-hazırda Argentinada 230 min yəhudinin yaşadığı, bu ölkənin İsraildən qıraqda yəhudilərin ən çox yerləşdiyi 6-cı ölkə olduğuna görə, onlar daima İranın terror  hədəflərindən biri olublar.

Related Articles

Bir cavab yazın

Back to top button