
Bu barədə AFK-nin saytında paylaşım edilib.
“Traxtur ilk dəfə olaraq İran Premyer Futbol Liqasının zirvəsində dayandı; Bir şəhər nəfəsini dərdi və tribunada qürurla “Biz çempionuq!” səsi ucaldı. Təbrik edirik”,- paylaşımda yazılıb.
Qeyd edək ki, “Traxtur” komandasının “Şəms Azər” komandası üzərindəki qələbəsindən və liqa yarışlarının bitməsinə iki həftə qalmış Təbriz təmsilçisinin çempionluğunun qətiləşməsindən sonra “Traxtur”çular Tehran, Təbriz, Qəzvin Urmiya, Ərdəbil və başqa şəhərlərdə şənlik aksiyaları keçiriblər.