İran

ASTARADA 70 HEKTAR KÖHNƏLMİŞ ŞƏHƏR TİKİLİLƏRİ VAR

Astara limanının şəhrdarı Cavad Məiyyəti, “bu şəhərin məsahəti min 400 hektradır, ondan 70 hektarı köhnəlmiş şəhər tikililəridir”, – deyə bildirib.
Məiyyətinin sözlərinə görə, Qənbər Məhəllə, Nəhani məhləsinin, Tələ Seyfinin, Şəmsinijad küçəsinin, Həmzə Bəy məhləsinin və Hüseyniyyə məhləsinin bir hissəsi Astaranın köhnəlmiş tikililəri olan bölgələrdir.
“Şəhərin məsul idarə müdirləri ilə iclas keçirdik və şəhəri yenidən təmir üçün 6 planın, o cümlədən Sahil Qırağı bazarda piyada keçidinin, Murdab çayından qorunma divarının, Mərzdaran xiyavanın yaxşılaşdırılması və bu kimi tərhlərin icrası araşdırıldı. Bu iclasda Sahil Qırağı bazarda piyada keçidinin, Murdab çayından qorunma divarının tikilişi qərara alındı. Qalan tərhlər də sonrakı iclaslarda irəli sürüləcək. Səttarzadə İdman Salonun tikilişi əvvəllər təsvib olunub və bu tərhin yekun qərara alınmasını gözləyirik”, – deyib.
Bildirək ki, mərz şəhəri olan Astaranın 51 min 579 nəfər cəmiyyəti var və Azərbaycan Cümhuriyyəti ilə qonşuluqda yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button