İran

Astarada onlayn təhsil şəbəkəsi ilə bağlı problemlər var

Astaranın Təhsil Müdiri Seyyid Səccad Musəvi pandemi dönəmində uzaqdan təhsil üçün istifadə edilən şəbəkə ilə bağlı problemlərin olduğunu açıqlayıb. Məlumata görə, ŞAD proqramında 1200 mədrəsə öyrəncisinin qeydiyyatı hələ də aparılmayıb.

Təhsil proqramında adları qeyd edilməyən şagirdlərin teledərslər vasitəsilə təhsillərini davam etdirəcəkləri açıqlanıb. Yaranan problemin başlıca səbəbləri kimi bəzi ərazilərdə internet və lazımi tekniki dəstgahların olmaması göstərilib.

Qeyd edək ki, Seyyid Səccad Musəvi virusla ilgili vəziyyətin sarı və mavi olduğu bölgələrdə birinci, ikinci siniflər üzrə təhsilin təşkil edilməsinin planlaşdırıldığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button