İran

Riza Mirzai Ərakın ekoloji vəziyyəti barədə açıqlama verib

“Ərak ölkənin ekoloji çirklənmə və yaşam çevrəsi problemləri üzrə 6-cı böyük şəhəridir”.

Bunu Mərkəzi Əyalətin Yaşam Çevrəsini Qoruma Baş İdarəsinin müdiri Riza Mirzai deyib. Onun sözlərinə görə, ekoloji problemlərin sıx göründüyü şəhərlərin sayı 8-dir. Məlumata görə, İran dünyada enerji məsrəfi üzrə birinci yerdə qərarlaşıb.

Ölkədə enerji məsrəfi ortalama göstəricidən 5 qat daha çoxdur. Rəsmi təxminlərə əsasən, İran 2040-cı ildə enerji varidedicisi olacaq. Hazırki durum yaşam çevrəsinə yüksək dərəcədə ziyan verir. Riza Mirzayi bildirib ki, Ərakda atmosferin çirklənməsi özəlliklə həssas yaş kateqoriyasına mənsub şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir.

Qurum rəsmisi deyib ki, hava çirklənməsinin şiddətlənməsinin qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Havanın Çirklənməsini Azaltma üzrə İş Qrupunun sonuncu qərarına əsasən, plakları yerli olmayan ağır nəqliyyatın Ərak şəhərinə girişi qadağan edilib.

Havanın çirklənməsinə səbəb olan kərpic kürələrindən istifadə, tüstü yaradan maşınların fəaliyyəti dayandırılıb, ağacların çoxaldılmasına başlanılıb. Qeyd edək ki, dey ayının 27-dən bəhmən ayının 3-ə kimi Təmiz Hava Həftəsi elan olunub və həftənin şüarı “məsulların öhdəliyi və xalqın ortaqlıq göstərməsi”dir.

Related Articles

Bir cavab yazın

Back to top button