İran

Astaranin sahil zolağ; zibillərdən təmizlənib

Astaranın təbiəti sevənləri və şəhrdarisi-nin işçiləri 1 ton zibil yığmaqla Xəzər dənizi sahil zolağının bir hissəsini təmizləyiblər.
Şəhrdar Cavad Məiyyəti mordad ayının 23-də Müxiri sahilində icra olunmuş bu fərhəngi iş barədə danışıb. “Təbiətin təmizlənməsi tərhlərinin icra olunmasına və zibilin yığışdırılmasına baxmayaraq, insanlar yenə də düzgün davranmırlar”, – deyib.
Cavad Məiyyəti eləcə bildirib ki, “Astaranın sahil zolağı yay fəslində daha çox turist çəkir. Bu gün oradan 1 tona yaxın zibil toplanıb. Müsafirlərdən istəyirik ki, sahilin təmizliyinə diqqətli olusunlar”.
Astaranın Yaşam Çevrəsini Qoruma İdarəsinin rəisi Mustafa Fəllah da təbiətin zibillənməsi haqda danışıb. “Zibil və ondan axan sular dənizə ən önəmli ziyanverici amildir, müsafirlər və turistlərdən istəyirik ki, sahil zolağına zibil atmaqdan çəkinsinlər. Bu sahil Astaranın təbii sərmayəsidir, hamı onu qorumalıdır”, – deyə bildirib.
Güney Azərbaycanın əzəldən tarixi torpağı olan Astara şəhristanın 91 min nəfər əhalisi olmaqla Xəzər dənizi ilə 18 kilometr sahil zolağıvardır. Güney Azərbaycanın indilikdə icbari olaraq Gilan Ustanının bu şəhristanında gündəlik 120 ton zibil yaranır. Sahilə yaxın Dadaşabad bölgəsində basdırılır.
Onu da deməliyik ki, Astara şəhristanı İran dövlətinin Güney Azərbaycana qarşı coğrafisini pay püşketmə siyasəti olaraq Ərdəbil ustanın tərkibindən çıxarılıb, Gilan ustanına birləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button