Azərbaycan

Atışma davam edir: 3 erməni əsgər öldü, 2-si yaralandı

Ermənistan – Azərbaycan sınırında baş verən silahlı atışma nəticəsində 3 erməni nizami ölüb, 2-si yaralanıb, bu barədə Ermənistan Müdafiə vəzirliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə vəzirliyi bu gecə saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər şəhristanı ərazisindəki müxtəlif yönlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər şəhristanı ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə atəşə tutduğunu açıqlayıb. Qarşı tərəfdən açılan atəş nəticəsində iki nizami qulluqçumuz – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. Azərbaycan Ordusunun bu yöndə yerləşən bölmələri tərəfindən uyğun cavab tədbirləri görülür.

Related Articles

Bir cavab yazın

Back to top button