
İranın yüksək saflıqda zənginləşdirilmiş uran ehtiyatları atom bombası hazırlamaq üçün lazım olan səviyyəyə yaxınlaşır.
“Aznews tv”xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Ajans xəbərdarlıq edib.
“Reuters” ajansı bu haqda yazıb ki, İranın 60% zənginləşdirilmiş uran ehtiyatı ikiqat çoxalıb və 15,5 kq artmaqla toplamda 33,2 kq-a çatıb.
Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi ötən ilin noyabrın 4-də verdiyi açıqlamada İranın 20% zənginləşdirilmiş uran ehtiyatının 210 kq, 60% zənginləşdirilmiş uran ehtiyatının isə 25 kq-a çatdığını bildirmişdi.