İran

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: İran əməkdaşlığı məhdudlaşdıra bilər

Atom Enerjisi üzrə Beynəlxalq Ajans gələn həftədən etibarən İranın bu qurumun müfəttişləri ilə əməkdaşlığı məhdudlaşdıracağından narahatdır. Beynəlxalq qurum bununla bağlı İran tərəfindən məlumatlandırıldığını açıqlayıb. Məlumata görə, İran atom proqramının dinc məqsədlər üçün istifadəsini nəzərdə tutan Vyən Sazişində əksini tapan könüllü şəffaflıq tədbirlərini fevriyənin 23-dən sonra davam etdirmək fikrində deyil. Bundan başqa isə rəsmi Tehran sazişin əlavə protokoluna da əməl etməyəcək. Qeyd edək ki, İran hələ bu ilin əvvəlində atom proqramı barədə Amerikayla yaranmış mübahisədə ciddi irəliləyiş əldə edilməyəcəyi durumunda ajansla əməkdaşlığını məhdudlaşdıracağını elan edib. Atom Enerjisi üzrə Beynəlxalq Ajansın baş müdiri Rafael Qrossi hər iki tərəf üçün qəbuledilən çıxış yolunun tapılması üçün İrana səfər etməyə hazır olduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button