İran

Zənganın 3 tarixi əsəri milli irs siyahısına salınıb

Zənganın 3 tarixi əsəri Milli Əsərlər Listinə salınıb. Bu barədə Zəngan Əyaləti Fərhəngi Miras Baş İdarəsinin müdiri Əmir Ərcmənd bilgi verib. Məlumata görə, həmin 3 əsərə Girdədağ dağındakı daş yazıları, Fatimiyyə və Lütfəli Xan Təkyəsi şamildir. Bununla da Zənganın səbt olunmuş tarixi əsərlərinin sayı 886-ya yüksəlib. Bunlardan 62-si toxunulmaz, 776-sı daşınmaz, 28-i isə daşınan əsərlərdir.
Əmir Ərcmənd bildirib ki, tarixi əsərlərin səbt olunması onların qanuni şəkildə qorunmasına imkan yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button