İran

AVROPA BİRLİYİ DAXİLİ SƏRHƏDLƏRİN AÇILMASI ÜÇÜN İSRAR EDİR

Avropa Birliyinin İcra Komisyonu Avropanin daxili sərhədlərini yenidən açmaq və yayda səyahətləri bərpa edərək turizmi artırmaq üçün bir plan hazırladı.
Reuters xəbər verir ki, Avropa Birliyində yayda turizmin artımı ilə bağlı baxışları və vətəndaşların sağlamlığı və əmniyəti ilə yanaşı narahatlıqlara baxmayaraq, daxili sərhədlərin açılması və səfərlərin yenidən başlaması ilə bağlı çərşənbə günü Avropaya plan verildi.
Avropa Birliyinin iqtisadiyyatının 10-dan bir hissəsini təşkil edən və hazırda Korona mərizliyi ilə ciddi şəkildə zərər görən turizm bəxşi ilə əlaqədar olaraq, İcra Komisyonu hüdudlar daxilində “azad və məhdudiyyətsiz səyahət” şəraitinə qayıtmağa çağırdı.
Turizm sənayesində fəal olan qruplar da, Avropa Birliyinin İcra Komisyonun tövsiyələrini bu sənayei qurtarmağa kömək edən ilk addım kimi qiymətləndirirlər. Amma komisyonun irəli sürdüyü təkliflər birliyin 27 üzvü üçün də məcburi deyil.
Bundan əlavə, bu komisyon Avropanın xarici sərhədlərinin ən azı juənin ortalarına qədər əksər səyahətlərə bağlı qalmasını tövsiyə etdi.

Related Articles

Bir cavab yazın

Back to top button