Dünyaİran

Avropa Birliyi etirazçıların hüquqlarının pozulmasına görə İran rejiminə sanksiyalar tətbiq edir

Analena Berbuk: İranlı etirazçıları dəstəkləməklə, onların səsini gücləndirməklə yanaşı, İran rejiminin hərəkətlərini pisləyəcək və ona qarşı sanksiyalar tətbiq edəcəyik.

İran xalqlarının hökumət əleyhinə nümayişlərinin davam etməsi və dünyanın 150 şəhərində etirazçılara dəstək aksiyalarının keçirilməsi ilə eyni vaxtda bir neçə Avropa ölkəsi İran hökumətinə qarşı yeni sanksiyalar təklif edib.

Oktyabrın 3-də “Reuters” xəbər agentliyi Almaniya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verib ki, İranda qadın hüquqlarına qarşı etirazların zorakılıqla yatırılmasına görə, Almaniya, Fransa, Danimarka, İspaniya, İtaliya və Çexiya Avropa Birliyinin Tehran rejiminə qarşı yeni sanksiyaları üçün 16 təklif təqdim ediblər.

Bu mənbə onu da bildirib ki, bu ölkələrin təklif etdiyi tədbirlər gənc qadının əxlaq patrulu tərəfindən həbsindən sonra öldürülməsi ilə alovlanan ümummilli etirazların yatırılmasında əsas məsul olan şəxslər və qurumları hədəf alır.

Bu xəbəri ilk dəfə dərc edən Almaniyanın “Spiegel” jurnalı da yazıb ki, bu təklif olunan sanksiyalar oktyabrın 17-də Avropa Birliyinin xarici işlər nazirlərinin toplantısında rəsmi şəkildə təqdim olunmalı və qərar verilməlidir.

“Spiegel” həmçinin bildirib ki, Avropa Birliyi üzvlərinin bu məsələyə qarşı çıxmaları gözlənilmir.

“Hazırda bu təkliflərin tam şəkildə həyata keçirilməsi üzərində işləyirik”,- deyə, Almaniyanın Xarici İşlər Nazirliyindəki qaynaq bildirib.

Almaniyanın xarici işlər naziri Analena Berbuk da oktyabrın 3-də deyib ki, İranın etirazları yatırması “təlimdən və azadlığın gücündən qorxunu ifadə edir”.

O, çıxışının davamında iranlı etirazçılara daha çox dəstək tədbirlərini açıqlayıb və yeni sanksiyaların tətbiq olunacağını təsdiqləyib.

Related Articles

Bir cavab yazın

Back to top button