İran

AVROPA BİRLİYİNƏ ÇATAN HARAY İRAN HÖKUMƏTİNƏ ÇATMIR

Təbiətimizdə hər gün bir faciənin baş verməsi ilə üzləşirik. Bir gün Qaradağ meşə ağacları kütləvi şəkildə kəsilir. Bu hələdə davam edir. Qaradağda Bir gün Ermənistanın mədən tullantılarının Araza axıdılması ilə bağlı videolar yayılır. Bir başqa gün Qaradağın süngün mədəninə axıdılan tullantılar nəticəsində çayların rəng dəyişdiyinin şahidi oluruq. Başqa tərəfdən fazilabın təsfiyə olmadan Urmu gölünə buraxılması xəbərləri çıxır.
Millət vəkili Hadi Bəhaduri əkinçilik və enerji vəzirinə xitabən, “Azərbaycanda geniş şəkildə ağacların kəsilir. Hansı mafiya tərəfindən və hansı hədəflə? Urmu gölü hələ də canlanmayıb, millətə yalnış ünvan göstərməyin. Su səviyyəsinin yüksəlməsi yağıntılar səbəbindəndir”, – deyib.

Öncələr bir çox məsul ağacların kəsilməsini yalanlasalar da, Kəleybərin millət vəkili Qulu Allah Qulizadə, “meşələrin tənəffus tərhinin ardından Azərbaycanda kəsilən ağaclar karxanalarına aparılır. Bu vəziyyət davam edərsə, Qaradağı səhra olmasını gözləyin”, – deyə xəbrdarlıq edib.
Qeyd edək ki, bundan başqa elektirik tolidi amacı ilə 1976-cı ildə quraşdırılan Ermənistanın atom niruqahı hər il tonlarla şimiyayi maddəni təbiətə buraxır.
Əlbəttə, bu da birbaşa Araza axıdılır. Xatırladaq ki, Qeoqrafik nəşriyyəsində metsamor dünyanın ən qorxunc atom niruqahı olaraq adlandırıb.
Türkiyə mütəxəssisləri də metsamor niruqahının təqribən 50 il öncə ömrünün bitmiş olduğunu bildirirlər. Məsələnin nə qədər olduğunu hətta Avropa Birliyinin illər öncə 100 milyon dollar yardım etməsindən də anlamaq olar.

Quzey Azərbaycanın keçmiş millət vəkili Xanhüseyn Kazımlı da mövzu ilə bağlı çıxış edib.
“2008-2011ci illər arası metsamor niruqahından 1329.29 ton ziyanlı maddə sadəcə toz şəklində təbiətə buraxılıb. Bu maddələrin arasında Kərbon, Kükürd oksidi var. Bu müddətdə yeraltı sulara 215.75 ton zərərli maddə, o cümlədən 165.222 ton Suspenziya, 0.369 ton Amuniyak, 0.76 ton sinitik buraxılıb”, – deyə bildiriş verib.
Bəli, görünən budur ki, cəmiyyət təhlükədədir! Avropa şurasından tutmuş Quzey Azərbaycan, Türkiyə mövzunun ardını tutsalar da, İran məqamları bununla bağlı hər hansı ciddi bir addım atmaq fikrində deyil.
Ötən 10 ilin amarına baxdıqda illik olaraq 300 hektardan 600 hektara qədər meşənin alovlanmasını görürük. Bunun ən aydın örnəy keçən il günlərlə Qaradağda meşə yanğınında baş verdi. Günlərlə davam edən yanğında Azərbaycanın 4 ustanında bir ədəd helikoperin olmaması ortaya çıxdı. Nəticədə 600 hektar meşə alovlanaraq kül oldu.

Bu, sosial mediada yayınlanan görüntülərdə də özünü biruzə verir.  Belə ki, “yarpaq” muhitzisti əncüməni tərəfindən çəkilən görüntülərdə Qurdik dərəsinin geniş şəkildə ağacların kəsilməsi yayılıb. Məlumata əsasən, ağaclar zəncirli ərələr vasitəsi ilə kəsilir. Hər kəsə aydındır ki, ağac kəsmək üçün istifadə edilən bu cihazın səsi kilometrlər uzaqdan belə aydın duyulur. Bəs görəsən, ilgili orqanlar bu səsi nədən eşidilmir?

Related Articles

Bir cavab yazın

Back to top button