“Xidmət sektorunda cəmi 53%, kənd təsərrüfatında 7,6%, mədənçıxarmada 2,02% və sənayedə 36,4% əlavə dəyər əldə edilib və bununla da Şərqi Azərbaycan ölkə ortalamasın geri qalıb”-deyə, Fərşkaran bildirib.
O, Şərqi Azərbaycan əyalətinin əhalisinin payının 4,6 faiz olmalı olduğu halda, əyalətin adambaşına düşən gəlirinin və ÜDM-i bütün ölkənin ümumi daxili məhsulunun təxminən 3,25 faizini təşkil etdiyini deyib.
Məhəmməd Fərşkaran 2000-2020-ci illər arası Şərqi Azərbaycanın əksər makroiqtisadi göstəricilərində azalma tendensiyasının qeydə alındığını və əyalətdə ÜDM-də tədricən azalma müşahidə olunduğunu söyləyib.