Dünya

Avropa İttifaqı İranda iki etirazçının edamına sərt münasibət bildirib

Avropa İttifaqı İranda iki etirazçının edamına sərt münasibət bildirib.

Bu barədə Avropa İttifaqının Diplomatik Xidmətinə istinadən xəbər verir.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib ki, iki etirazçının edamı İran hökumətinin dinc nümayişləri amansızlıqla yatırmasının növbəti göstəricisidir.

O, bəyan edib ki, Aİ bir daha İran hakimiyyətini etirazçılara ölüm cəzası tətbiq etmək və icra etmək kimi pislənmiş təcrübəni dərhal dayandırmağa, davam edən etirazlar kontekstində artıq çıxarılan son ölüm hökmlərini ləğv etməyə çağırır.

Diplomat vurğulayıb ki, İran Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunmuş öhdəliklərə ciddi şəkildə əməl etməlidir:

“Çünki fundamental hüquqlara, o cümlədən ifadə azadlığı və dinc toplaşmaq hüququna bütün hallarda hörmət edilməlidir”. (report)

Related Articles

Bir cavab yazın

Back to top button