Azərbaycanİran

İranın ABŞ-la gizlin razılaşması: Ermənistana silah daşıyır

29 martdan etibarən İrandan Ermənistana aviareyslər ilə silah-sursat və hərbi texnikanın daşınması mütəmadi xarakter alıb. Bunu mətbuatda yayımlanan son məlumatlar və uçuşları izləməyə imkan verən açıq internet mənbələri də təsdiqləyir.Bu sözləri İrandan Ermənistana SEPAH-a məxsus təyyarə ilə həyata keçirilən hərbi daşınmalar haqqında danışan hərbi ekspert Elxan Şıxəliyev deyib.Hərbi ekspert İranın region dövlətlərinin əleyhinə Brüssel sövdələşməsində iştirak etdiyini vurğulayıb:“Əlbəttə ki, Brüssel görüşü ərəfəsində İranın atdığı son addımlar bizə bir çox gizli məqamdan xəbər verir. Fikrimcə, İran Ermənistanı Rusiyanın təhlükəsizlik çətiri altından çıxarıb özünə bağlamaq istəyən ABŞ və AB ilə eyni məqsəd üçün çalışır. Tehranın bunda xüsusi marağı var. Çünki Rusiya Ermənistanı tərk edəcəyi təqdirdə ortaya çıxacaq boşluğun bir hissəsini İran doldurmağa çalışacaq. Hazırda Ermənistanın əsas logistika asılılığı İrandandır. İran isə cənub-şimal yolu ilə Qərbə çıxmaq üçün Ermənistan ərazisindən istifadə edir. 5 aprel görüşündən sonra Avropa Sülh Fondu çərçivəsində əsasən hərbi texnikanın və silah-sursatın alınması üçün ayrılacaq maliyyə vəsaiti artacaq. Hindistan, Yunanıstan və Qərbdən göndəriləcək hərbi texnika və silah-sursat isə İran üzərindən Ermənistana daşınacaq. Rusiyanın başının Ukraynaya daha çox qarışdığı bir vaxtda Qərb prosesi daha da aktivləşdirəcək. Ona görə də Ermənistanla İran yaxın gələcəkdə də birlikdə hərəkət edəcək. İranın Brüssel görüşünə Türkiyə və Rusiya kimi sərt reaksiya verməməsi onun da planın içində olduğunu göstərir. Bu, Brüsseldən sonra atılacaq addımlarla bağlı İran və Qərb arasında bölgə ölkələrinin əleyhinə razılaşmanın əldə edildiyini isbatlayır”.

Related Articles

Bir cavab yazın

Back to top button