Avropanın “Helsingin Sanomat” qəzeti tərəfindən yayımlanan müqayisəli rəqəmlərə əsasən, hazırda koronavirus infeksiyasının yayılması üzrə ən aşağı temp Estoniya, Norveç, Finlandiya, Serbiya və Kosovoda müşahidə olunur.
Avropada COVID-19-a yoluxma üzrə ən yüksək göstəricilər Vatikan, Andorra, Belçika və Çexiyada müşahidə olunur.
Bu ölkələrdə son iki həftə ərzində 100 min nəfər əhalinin payına orta hesabla 1316-1888 yoluxma halı düşür.
Estoniya ilə qonşu olan ölkələrdə ümumi yoluxma göstəricisi Finlandiyada 51,4, Latviyada 106,5, İsveçdə 120,2, Rusiyada 145,2 və Litvada 149,2 hal təşkil edir.