Dünyaİran

Avropa Parlamentinin 60 üzvü: İran xalqının rejim dəyişikliyi tələbini tanıyın

Avropa Parlamentinin 60-dan çox üzvü çağırış imzalayaraq, Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyindən İranda etirazların zorakılıqla yatırılmasını qətiyyətlə pisləməyi və İran xalqının “azad, demokratik və dünyəvi dövlət” yaratmaq istəyini tanımağa çağırıb.

Avropa Parlamentinin nümayəndələri İran xalqının ümummilli qiyamına və etirazların bütün ölkəyə yayılmasına toxunaraq vurğulayıblar ki, İran xalqının özünü müdafiə etmək və bu ölkədəki rejimi dəyişmək haqqının tanınmasının vaxtı çatıb.

Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrel də bu çağırışda İran xalqlarının internetə çıxışı üçün işlər görülməsi və İbrahim Rəisi də daxil olmaqla günahkarların mühakimə olunması tələb edilən şəxslərdən biridir.

Qeyd edək ki, bu müraciəti dəstəkləyən iranlı siyasi mühacirlər və təşkilatlar Cozef Borellin İran rəhbəri Əli Xameneyinin də İbrahim Rəisi ilə birgə adının adının mühakimə olunacaq şəxslər siyahısına salınmamasını qınayıblar.

Onlar baş verən bütün cinayətlər və İran xalqlarına qarşı repressiyalara görə, ilk növbədə Xameneyinin məsuliyyət daşıdığını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button