İran

Avropa və Amerikada yerləşən 14 elmi və mədəni qurum Əhmədrza Calalinin tezliklə azad olunmasını tələb edib

Həmin 14 elmi və mədəni qurum ortaq bir bəyaniyyə ilə İranlı-Suedli təhqiqatçı və edama məhkum edilmiş Əhmədrza Calalinin sağlamlıq durumu və İbrahim Rəisinin cümhur başqanı olmaqla edam olunacağı ehtimalının artığına nigaran qaldıqlarını bildirmişdir.
Bəyaniyyədə uyarılıb ki, Calaliyə 5 il zindanda qaldığı müddətdə edam hökmünə yenidən baxılması haqqı verilməyib, şikıncələr və kəskin davranışa məruz qalıb və bir neçə mərizliyə tutulduğundan müalicə xidmətləri ilə təmin olunmadığına görə ölüm təhlükəsinə tuş gəlib. Ona İranda vəkili və Sueddə ailəsi ilə ilgi saxlayıb danışmaq haqqı verilməyib və yaxınları onun durumu barədə ancaq rəsanələr vasitəsi ilə bilgilənib. Belə bir durum nigarançılıq doğurur ki, İbrahim Rəisnin dövləti tezliklə işləməyə başlaması ilə Calalinin durumu daha ağırlaşacaq.
Bəyaniyyədə habelə deyilir: bu təhqiqatçıya çıxarılmış edam hökmünün icra olunması üçün 2020-ci ilin Novambr ayında infiradi sellula köçürülüb və 2021-ci ilin Avril ayına kimi 5 ayadək hər gün edam olunacağını gözləyib və nəhayət ümumi bəndə köçürülüb.
Xatırladaq ki, Tehran Danişqahının rəsmi dəvəti ilə İrana səfər etmiş Əhmədrza Calali 1395-ci ilin Ordibehişt ayının 5-i İttilaat Baxanlığının mərmuları tərəfindən tutulmuş və 3 ayadək baxanlığın tutuqluları saxlama mərkəzində saxlanılıb.
Ona, öncə “düşmənçilik edən dövlətlərlə əməkdaşlıq” ittihamı vurulmuş, sonra Tehranın İnqilab Məhkəməsində “İsrailə casusluq etmək yolu ilə ölkəyə savaş” ittihamı ilə edama məhkum olunmuş, və bu hökmə eynisi ilə Ölkənin Ali Məhkəməsində doğrulanıb saxlanılmışdır.
Calali zindanda 96-cı ildə bütün ittihamları rədd etmiş və bildirmişdir ki, Radioaktiv, Şimyayi və Biolojik Terrorist Həmlələrə Qarşı Sağlıq Sisteminin Gücləndirilməsi Konferansında çıxış üçün İrana dəvət olunmuşdur.

Related Articles

Bir cavab yazın

Back to top button