Dünya

Avropada koronavirusla bağlı vəziyyət kəskinləşə bilər

Avropa üçün qarşıdakı 6 ay çətin günlər gözlənilir. Bu barədə abanın 30-da Dünya Sağlıq Sazimanından məlumat verilib. Məsələ ilə bağlı danışan Dünya Sağlıq Sazimanının Avropa Bölgəsi İşləri üzrə müdiri Hans Kloq bildirib ki, ötən həftə Avropada 29 min nəfər koronavirus infeksiyonuna tutulub. Hazırda hər 17 saniyədə 1 nəfər koronavirusun qurbanına çevrilir. Onun sözlərinə görə, sərt qərəntinə qaydalarının tətbiqi tutulma hallarının azalmasına əsaslı şəkildə təsir göstərə bilər.
Dünya Sağlıq Sazminının son amarına əsasən, Avropada indiyədək 15 738179 nəfər bu virusa tutulub. Ümumilikdə 354 000 nəfər isə həyatını itirib. 53 000 nəfərlik ölüm sayı ilə Britaniyə I yerdə qərarlaşıb. Fransada isə 2 milyon nəfərin virusa tutulması ən yüksək göstərici hesab edilir.
Hans Kloq qeyd edib ki, Fransa və Suis mərizxanalarında özəl bölmələrin yüzdə 95-i koronavirus mərizləri üçün ayrılıb. Bu da ciddi narahatlıqlara səbəb olub. Qurum rəsmisinin açıqlamasına görə, koronavirus vaksininin hazırlanmasındakı çabaların müvəffəqiyyətlə nəticələnməsi virusla mübarizədə ümidlərin artmasına səbəb olur. Qeyd edək ki, Oksford, Fayzer-BioNTek, Moderna şirkətləri tərəfindən vaksinlərin hazırlanması prosesində müsbət nəticələrin əldə olunacağı gözlənilir

Related Articles

Bir cavab yazın

Back to top button