Dünya

Yəmənli nazir ölkədəki münaqişədən söz açıb

“Yəməndə müharibənin sona çatması İran rejiminin müdaxiləsinin dayandırılması və husi yaraqlılarına barış prosesini qəbul etməsi üçün basqılar sayəsində başlayacaq”. Bunu Yəmənin Bilgiləndirmə vəziri Muəmmər əl-Uryani deyib. Onun sözlərinə görə, husi yaraqlılarına artan nizami və siyasi basqı olmadan barışın bərqərar edilməsi və münaqişəyə son qoyulması qeyri-mümkündür.
Muəmmər əl-Uryani bildirib ki, savaş illərində sivil vətəndaşlara qarşı husi yaraqlıları tərəfindən törədilən cinayətlər Yəməni ən pis insani faciə həddinə çatdırıb. Məsələ ilə bağlı Brookings Araşdırma danişkədəsinin raporunda da bilgi verilib. “Yəməndəki savaş və böhran 2014-cü ildə husi yaraqlılarının İranın köməyi və dəstəyi ilə bu ölkənin qanuni dövlətinə qarşı kudeta etdiyi zaman başladı”, – deyə məlumatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button