Dünya

Avstraliyadan tibbi maska ilə bağlı yeni qərar

Avstraliyanın Viktoriya əyalətinin rəhbərliyi maskla bağlı yeni qərar qəbul edib. Belə ki, çərşənbə günündən etibarən Melborn şəhərində və Mitçell ustanında ictimai yerlərdə tibbi mask taxmaq məcburi olacaq. Buna səbəb koronavirusa tutulanların sayının artmasıdır. Məlumata görə, tibbi mask taxmayanlar 200 Avstraliya dolları məbləğində cərimə olunacaq. Qeyd edək ki, son 24 saatda Viktoriya əyalətində 363 koronavirusa tutulma qeydə alınıb. COVID-19 üçün götürülən test nümunələri müsbət çıxmış 3 nəfər isə vəfat edib.

Related Articles

Bir cavab yazın

Back to top button